sa sa 1442
İnstitutun gənc alimi Səmra Mirzəyeva Prezident mükafatına layiq görülüb Fev 03, 2021 | 10:08 / Mühüm hadisələr

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səmra Mirzəyeva Prezident İlham Əliyevin 2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncamına uyğun olaraq elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslər üçün təsis edilmiş mükafata layiq görülmüşdür.

MBBİ-nin gənc mütəxəssislərindən olan Səmra Mirzəyeva həmişə elmi və ictimai fəaliyyətinə görə fəqlənmişdir. O, yerli və beynəlxalq elmi konfranslarda fəal iştirak etmiş, məqalələri elmi jurnallarda nəşr olunmuşdur. Səmra Mirzəyeva 2016-cı ildə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilmişdir. 2018-ci ildə AMEA-nın Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə AMEA Rəyasət Heyətinin keçirdiyi müsabiqədə 3-cü yerə layiq görülmüşdür. 2019-cu ildə isə  2 fevral-Azərbaycan gəncləri günü münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən 2018-ci ildə uğurlu fəaliyyətinə görə təltif olunmuşdur.

Əməkdaşımızı təbrik edir, ona daha böyük nailiyyətlər arzulayırıq!