sa sa 1554
İkinci kurs magistrant Aytac Mürşüdzadənin elmi seminarı keçirilib + Foto Fev 15, 2021 | 16:34 / Seminarlar

Fevralın 15-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Biotexnologiya ixtisası üzrə ikinci kurs magistrant Aytac Mürşüdzadənin elmi seminarı keçirilib. A. Mürşüdzadə tədqiqatlarını AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədovun Akdeniz universitetində rəhbərlik etdiyi laboratoriyada aparıb. Gənc tədqiqatçı müasir molekulyar biologiya, biokimyanın Aqaroz elektroforezinin aparılması, gellərdən DNT ayrılması, PCR, praymer dizayn, klonlama, restriksiya fermentləri mexanizmi, plazmid purifikasiyası, E. coli ve aqrobakteriuma transfer edilməsi və rekombinant zülal istehsal məqsədi ilə plazmid konstruksiyası, bitkilərə infiltrasiya edilməsi, yarpaqların ekstraksiyası, bitkilərdə rekombinant proteinlərin sintezi, proteinlərin purifikasiyası və müəyyən edilməsi kimi metodlarının öyrənilməsi üzrə təlim və təcrübə keçib. Tədqiqatın predmeti ölkəmizin sənaye və kənd təsərrüfatı müəssisələrində stratejik Nicotiana benthamiana bitkisində bakterial pullulanaz fermentinin mühəndisliyinin ekspressiyası, sintezi və xarakteristikasının müasir vəziyyətinin qiymətləndirilməsi və bunun əsasında təkmilləşdirilməsinə dair təklif və tövsiyələrin hazırlanması olmuşdur. Məruzəçi insan sağlamlığı, kənd təsərrüfatı və sənaye tətbiqi üçün bitkilərdə rekombinant zülalların sintezi/istehsalı və tətbiqi istiqamətində fermentasiya oluna bilməyən şəkərlərin fermentasiya olunan şəkərlərə çevrilməsi üçün bitkilərdə sintez edilmiş rekombinant sənaye fermentlərinin istehsalı və tətbiqləri probleminin həlli yollarından bəhs edib. Dinlənilən mövzu ətrafında məruzəçiyə çoxsaylı suallar verilməklə maraqlı müzakirələr aparıldı.