sa sa 1364
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda dissertantların attestasiyası keçirilib + Foto Fev 25, 2021 | 08:13 / Mühüm hadisələr

Fevralın 24-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı proqramı üzrə dissertantların onlayn attestasiyası keçirilib. Qeyd etmək lazımdır ki, institutda fəlsəfə doktoru proqramı istiqamətində “Molekulyar biologiya” ixtisası üzrə 5, “Biotexnologiya” ixtisası üzrə 4, “Riyazi biologiya, bioinformatika” ixtisası üzrə 1, “Biofizika” üzrə 1, “Bitki fiziologiyası” üzrə 1 iddiaçı, elmlər doktoru proqramı istiqamətində isə “Molekulyar biologiya” ixtisası üzrə 4, “Biokimya” ixtisası üzrə 1, “Bitki fiziologiyası” ixtisası üzrə 3 nəfər iddiaçı elmi-tədqiqat işləri üzərində çalışır.

İnstitutun direktoru, akademik İradə Hüseynovanın 8 fevral 2021-ci il tarixli əmri ilə attestasiyanın keçirilməsi məqsədilə komissiya yaradılıb. Tədbir institutun fəlsəfə və elmlər doktoru hazırlığı proqramı üzrə dissertantlarının 2020-ci ildə yerinə yetirdikləri araşdırmalar və elmi-təşkilati işlərin hesabatı ilə bağlı olub. Fərdi iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərini yerinə yetirmiş dissertantların növbəti ilə keçirilməsi haqqında Attestasiya Komissiyası tərəfindən qərar qəbul edilib.

Eyni zamanda, təhsil müddətini başa vurmuş dissertantların da dissertasiya işlərinin vəziyyəti müzakirə olunub. İddiaçılara daha da məsuliyyətli olmaq və dissertasiya işlərinə ciddi yanaşmaq tapşırılıb.  Sonda AAK-ın yeni tələblərinə uyğun olaraq nəşr fəaliyyətinin düzgün həyata keçirilməsi ilə əlaqədar tövsiyələr verilib.