sa sa 1930
"Reinforcement learning" mövzusunda onlayn seminar keçirilib + Foto Mart 01, 2021 | 16:59 / Seminarlar

Martın 1-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilib. Seminarda Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının kiçik elmi işçisi, İtaliyanın Modena Reggio Emilia Universitetinin Fizika Riyaziyyat və İnformatika Departamentinin magistrantı Güman Qarayev "Reinforcement learning" mövzusunda çıxış edib. Məruzəçi reinforcement öyrənmə metodları haqqında məlumat verərək ümumi maşın öyrənmə üsulunu təsvir edib. Gənc tədqiqatçı Q qiymət iterasiyasi, mürəkkəb sistemlərdə süni intellektli agent daxil edilməsi ilə müxtəlif məsələlərin həll olunma mərhələlərindən, Markov Qərarlama Prosesi, Policy Gradient Metodu və onların tətbiqindən bəhs edib. Məruzəçi həmçinin reinforcement öyrənmə metodlari ilə strateji proses planlanmasının intuitiv təsviri və mümkün optimizasiyalarindan  söhbət açıb. Sonda Güman Qarayev seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.