sa sa 2364
MBBİ-nin əməkdaşı Oksford Universitetində təhsilini davam etdirir. + Foto Mart 10, 2021 | 10:38 / Mühüm hadisələr
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun sabiq magistrantı və kiçik elmi işçisi Gülnar Abdullayeva dünyanın aparıcı universitetlərindən biri olan Oksford Universitetində doktorantura təhsilini davam etdirir.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun "Molekulyar biologiya” ixtisası üzrə magistraturasını fərqlənmə diplomu ilə bitirən Gülnar Abdullayeva İslam İnkişaf Bankının PhD təqaüd proqramının qalibi olaraq, dünyanın bir sıra aparıcı universitetlərindən dəvət almışdı. 2019-cu ilin sentyabrından o, Oksford Universitetində 4 illik doktorantura təhsilinə başlamışdır.

Hazırda Gülnar Abdullayeva doktorantura təhsilinin ilkin imtahanlarından uğurla keçərək əsas 'DPHIL' pilləsinə keçid almışdır. Burada molekulyar biotexnologiya, mikroskopiya, genomiks ve genlərin tənzimlənməsi, molekulyar klonlaşdırma, proteomics, metabolomics, bioinformatika, struktur biologiyasının əsas prinsipləri kimi fənlər tədris olunur. Gənc tədqiqatçı  CRISPR/Cas9 genom redaktə texnologiyası, Mass Sitometriya, kök hüceyrə biologiyasında tətbiq olunan qabaqcıl metodlara yiyələnir.