sa sa 1525
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib + Foto Apr 01, 2021 | 15:24 / İmtahanlar

01 aprel 2021-ci il tarixində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2020-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə “Biotexnologiya” və “Riyazi biologiya, bioinformatika” ixtisaslarından doktoranturaya qəbul imtahanı keçirilib. Fəlsəfə doktoru hazırlığı üzrə ixtisas imtahanının keçirilməsi üçün institutda hər ixtisas üzrə müvafiq imtahan komissiyaları yaradılıb. Komissiyaların sədri institutun direktoru, akademik İradə Hüseynova, “Biotexnologiya” ixtisası üzrə komissiyanın üzvləri – biologiya elmləri doktoru Yaşar Feyziyev və biologiya üzrə fəlsəfə doktorları Mahirə Məmmədova, Sədaqət Əsədova və Samirə Rüstəmovadır. “Riyazi biologiya, bioinformatika” ixtisası üzrə komissiyanın üzvləri – AMEA-nın müxbir üzvü İlham Şahmuradov, biologiya üzrə fəlsəfə doktorları İsmayıl Zülfüqarov, Nurməmməd Mustafayev və Samirə Rüstəmovadır. Müvafiq İmtahan komissiyaları tərəfindən “Biotexnologiya” ixtisasında rus bölməsi üzrə iddiaçı Xədicə Abbaslının imtahan nəticəsi 72 balla “yaxşı”, azərbaycan bölməsi üzrə iddiaçı Ülviyyə Məhyəddinovanın imtahan nəticəsi 74 balla “yaxşı”, “Riyazi biologiya, bioinformatika” ixtisası üzrə iddiaçı Afət Mustafazadənin imtahan nəticəsi isə 82 balla “əla” qiymətləndirilib.