sa sa 1165
Elmi şuranın növbəti onlayn iclası keçirilib + Foto Apr 21, 2021 | 13:38 / Konfranslar, iclaslar

Aprelin 21-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının onlayn formatda növbəti iclası keçirilib. Elmi şuranın sədri – akademik İradə Hüseynova gündəlikdəki məsələlərlə şura üzvlərini tanış edib. O bildirib ki, 2021-ci tədris ilində institutda elmlər doktoru hazırlığı üzrə dissertanturaya 1 nəfər, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 5 nəfər, fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya isə 3 nəfər daxil olub. İclasda doktoranturaya yeni qəbul olunan doktorant və dissertantların dissertasiya mövzuları müəyyən olunub və onlara elmi rəhbərlər təyin edilib. Daha sonra gündəlikdə duran digər məsələlər – institutda vakant vəzifələri tutmaq üçün müsabiqə elan edilməsi, institutun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasına sənəd təqdim etmiş iddiaçılar haqqında məlumatlar, ölkədə yayılan Covid19 infeksiyası ilə əlaqədar institut əməkdaşlarının vaksinasiyaya cəlb olunması və digər məsələlər ətraflı müzakirə olunaraq müvafiq qərarlar verilib.