sa sa 2453
“Ali bitkilərin plastid və mitoxondri təyinatlı nüvə genləri” mövzusunda seminar keçirilimişdir + Foto Okt 03, 2018 | 12:10 / Seminarlar

Oktyabrın 3-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilmişdir. Seminarda “Bioinformatika” laboratoriyasının kiçik elmi işçisi Hökümə Quliyeva “Ali bitkilərin plastid və mitoxondri təyinatlı nüvə genləri” mövzusunda çıxış etmişdir. H.Quliyeva mitoxondri və plastidlərdə baş verən  biosintez, müxtəlif bioloji proseslər, onların funksiyalarının nüvə və orqanella genomları tərəfindən idarə olunmasından bəhs etmişdir. O həmçinin çıxışında bildirmişdir ki, son illərdə laboratoriyada 7 ali bitki genomlarının müxtəlif komputer proqramları vasitəsilə analiz olunması, plastid və mitoxondri təyinatlı nüvə genlərinin promotor sahələrinin aşkar edilməsi, həmin promotorların TSSlarının və promotorların tiplərinin müəyyənləşdirilməsi sahəsində işlər aparılır.  Məruzəçi verilən sualları ətraflı cavablandırmışdır.