sa sa 1522
İnstitutun əməkdaşları elmi ezamiyyətdə olublar + Foto May 01, 2021 | 13:34 / Ezamiyyətlər

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun bir qrup əməkdaşı – böyük elmi işçi Ulduzə Qurbanova, elmi işçilər Turanə İsgəndərova və Lalə Aydınlı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) elmi ezamiyyətdə olublar. Ezamiyyət zamanı müsabiqəli sort sınağı və perspektiv nümunələrdən ibarət nəzarət pitomniklərində və beynəlxalq seleksiya mərkəzləri olan CIMMYT və ICARDA-dan introduksiya olunmuş yumşaq buğda pitomniklərində monitorinqlər aparılmışdır. Boruya çıxma fazasında olan buğda cücərtilərinin fenoloji müqayisəsi aparılmış, həm çöl şəraitində, həm də laboratoriyada aparılacaq tədqiqat işləri müzakirə edilmişdir. Ezamiyyə müddətində Qobustan BTS-in təcrübəli əməkdaşları ilə geniş müzakirələr aparılmışdır.