sa sa 9391
“Riyazi biologiya, bioinformatika” ixtisası üzrə dissertasiya işinin elmi seminarda müzakirəsi keçirilib + Foto May 06, 2021 | 17:49 / Mühüm hadisələr

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının böyük elmi işçisi Rəfiqə Məsməliyevanın 2424.01 -“Riyazi biologiya, bioinformatika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Atom yerdəyişmə parametrlərinin statistik analizi və validasiyası” mövzusunda dissertasiya işinin elmi seminarda müzakirəsi keçirilib.

Dissertasiya işi ətrafında geniş müzakirələr aparılıb. Rəyçilər - biologiya elmləri doktoru, professor Nağı Musayev və fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov dissertasiya işinin yüksək səviyyədə yerinə yetirildiyini və beynəlxalq tələblərə cavab verdiyini qeyd ediblər. Sonra dissertasiya ətrafında müzakirələr aparılıb. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA-nın müxbir üzvü, professor İbrahim Əzizov, biologiya elmləri doktoru Yaşar Feyziyev, fizika-riyaziyyat elmləri doktoru Elimxan Cəfərov, biologiya üzrə fəlsəfə doktorları İsmayıl Zülfüqarov, Ələmdar Məmmədov, Vaqif Əmikişiyev, Orxan Mustafayev dissertanta təklif və rəylərini bildiriblər.

Sonda Elmi seminarın üzvləri tərəfindən açıq səsvermə yolu ilə “Atom yerdəyişmə parametrlərinin statistik analizi və validasiyası” mövzusunda dissertasiya işi yekdilliklə müsbət qiymətləndirilib, Rəfiqə Məsməliyevanın dissertasiya işinin BED 1.25 birdəfəlik Dissertasiya şurasında müdafiəyə təqdim edilməsi tövsiyə edilib.