sa sa 1277
MBBİ-nin magistrantı Beynəlxalq Elmi Konfransda 3-cü yerə layiq görülüb + Foto May 09, 2021 | 09:22 / Konfranslar, iclaslar

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” mövzusunda II Beynəlxalq Elmi Konfransı keçirililb. Konfrans “Ekoloji problemlər və biotexnologiya”, “Neft-qaz və neft-kimya prosesləri”, “Mütərəqqi materiallar və polimerlər”, “Bərpaolunan enerji” bölmələrini əhatə edib. Qeyd edək ki, artıq 9 ildir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların Elmi Konfransları təşkil edilir. Konfranslar ötən ildən beynəlxalq səviyyədə və onlayn keçirilir. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktorantları Naimə Niyazova, Natella Əliyeva, magistrantları Nigar Sadıqova, Jalə Mehdiyeva, Aygün Hacıyeva, Pərvin Səfərova, Lalə Qurbanova, Aygün İsmayılova konfransda fəal iştirak ediblər. İnstitutun magistrantı Lalə Qurbanova “Ekoloji Problemlər və Biotexnologiya” bölməsi üzrə müsabiqədə 3-cü yerə layiq görülüb.