sa sa 1567
"Antik DNT və insan paleogenomiksində inqilab" mövzusunda onlayn seminar keçirilib + Foto May 24, 2021 | 16:32 / Seminarlar

Mayın 24-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilib. Seminarda MBBİ-nin magistr məzunu, Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Zərintac Rüstəmova "Antik DNT və insan paleogenomiksində inqilab" mövzusunda çıxış edib. Məruzəçi aDNT tədqiqatlarında ortaya çıxan problemlərdən, aDNT-in tamlığına təsir edən amillərdən, onun tətbiq sahələrindən bəhs edib. Z.Rüstəmova qeyd edib ki,  aDNT-dən əldə edilən məlumatlar insanların əcdadları və kökləri haqqında bioloji məlumatlar əldə etməyimizə, qədim populyasiyalar ilə əlaqəli hipotezlər irəli sürməyə kömək edir. Azərbaycanın qədim insan yaşayış məskənlərində bir sıra  insan, heyvan, bitki qalıqları tapılmışdır və bunlarla gələcəkdə arxeobioloji tədqiqat işləri aparılması mümkündür. Məruzəçinin çıxışı seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.