sa sa 1271
Elmi şuranın növbəti iclası keçirilib + Foto May 26, 2021 | 15:33 / Konfranslar, iclaslar

Mayın 26-da Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan İnstitutun direktoru akademik İradə Hüseynova Elmi şura üzvlərini gündəlikdə olan məsələlərlə tanış edib. Öncə Bitki biotexnologiyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dos. Sədaqət Əsədovanın 65 illik yubileyi ilə əlaqədar AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Fəxri fərmanı ilə təltif olunub. İclasda 2020/2021-ci tədris ilində İnstitutun doktoranturasına daxil olmuş doktorant və dissertantların dissertasiya mövzularına uyğun iş planları müzakirə edilərək təsdiq olunub. Dosent elmi adı almaq üçün sənəd təqdim etmiş Fotobioenergetika laboratoriyasının müdiri, b.e.d. Yaşar Feyziyevin namizədliyi müzakirə olunaraq onun sənədlərinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına göndərilməsi barədə qərar qəbul olunub. Daha sonra İnstitutda vakant olan laboratoriya müdiri, aparıcı və böyük elmi işçi vəzifələrinin tutmaq üçün müsabiqəyə sənəd vermiş iddiaçıların namizədlliyi müzakirə olunaraq uyğun qərarlar verilib.