sa sa 3136
“Quraqlıq stresi yaddaşı və bitkilərdə quraqlığa davamlılıq” mövzusunda elmi seminar keçirilmişdir + Foto Okt 17, 2018 | 12:16 / Seminarlar

Oktyabrın 17-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Quraqlıq stresi yaddaşı və bitkilərdə quraqlığa davamlılıq” mövzusunda  elmi seminar keçirilmişdir. Seminarda “Bioadaptasiya” laboratoriyasının kiçik elmi işçisi, dissertant  Aydınlı Lalə qeyd etmişdir ki, abiotik stresin əsas götəricisi olan quraqlığın geniş miqyasda öyrənilməsinə baxmayaraq, prayminq və quraqlıq yaddaşı barədə məlumatlar azlıq təşkil edir. Prayminq və quraqlıq yaddaşı ilə bağlı mövcud olan nəticələrin çox hissəsi nəzarət olunan laboratoriya şəraitlərində alınmışdır ki, bu da təbii şəraitdən fərqlənə bilər. Aydınlı L. transgenetik yaddaş mexanizmlərinin öyrənilməsi və idarə olunmasının vacibliyindən bəhs etmişdir. O qeyd etmişdir ki, prayminq effektinin və mexanizmlərinin qavranılması qarşıda duran mühüm məsələlərdəndir, çünki bütün bu məlumatlar əsasında gələcəkdə iqlimin qorunması və dəyişdirilməsi strategiyası hazırlana bilər. Məruzəçinin çıxışından sonra geniş müzakirələr aparılmışdır.  Aydınlı L.  verilən sualları ətraflı cavablandırmışdır.