sa sa 1176
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib + Foto İyn 18, 2021 | 11:15 / Mühüm hadisələr

17 iyun 2021-ci il tarixində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun 2020-2021-ci il tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələri uğurla başa vurmuş 2-ci kurs magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib. "Molekulyar biologiya" ixtisası üzrə üç, "Biotexnologiya" ixtisası üzrə üç, "Biokimya" ixtisası üzrə iki və "Nanobiotexnologiya" ixtisası üzrə bir magistrant  dissertasiya işlərinin əsas müddəalarını təqdim ediblər. Magistr dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış elmi şuranın sədri biologiya üzrə elmlər doktoru, professor Səftər Süleymanov magistrantların tədris planlarında nəzərdə tutulan nəzəri və təcrübi hazırlığı tam yerinə yetirdiklərini və elmi-tədqiqat işini uğurla başa çatdırdıqlarını qeyd edib. AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdiri vəzifəsini i.e. fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirov və Magistratura sektorunun əməkdaşı Səbinə Şıxqayıbova da müdafiə prosesində iştirak ediblər. Hər bir magistrantın işi ətraflı müzakirə edilərək qiymətləndirilib. İnstitut direktoru akademik İradə Hüseynova magistrantlara uğurlar arzulayıb və gələcəkdə elmi fəaliyyətlərində daha ciddi çalışmağa çağırıb.