sa sa 1175
“Oksalasetatdekarboksilazanın ali bitkilərin enerji təminatında rolu” mövzusunda onlayn seminar keçirilib + Foto İyl 02, 2021 | 16:20 / Seminarlar

İyulun 2-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilib. Seminarda institutun doktorantı Sevinc Musayevanın “Oksalasetatdekarboksilazanın ali bitkilərin enerji təminatında rolu” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi oksalasetatdekarboksilazanın ali bitkilərin enerji təminatında oynadığı roldan, enerjinin akkumulyasiyası və sintezi məsələlərindən, piruvatın bitki metabolizmindəki rolundan, piruvatın metabolizmində iştirak edən fermentlərdən, OAD-aza fermentinin quruluşu və fizioloji-biokimyəvi funksiyalarından, bu fermentin ali bitkilərdə yayılması və bitki metabolizmindəki rolundan bəhs edib. O qeyd edib ki, C4 bitkisi olan qarğıdalı yarpaqlarında aparılan tədqiqatlar zamanı, xloroplastlarda aşkar olunan aktivliyin digər fermentlərlə əlaqəli olmadığı müəyyən edilib. Bu təqiqatlara qədər C4 bitkilərdə OA-nın dekarboksilləşməsinin digər fermentlər, xüsusən də malik enzimlər (ME) tərəfindən kataliz edildiyi düşünülürdü. Çıxışdan sonra Sevinc Musayeva verilən sualları cavablandırıb.