sa sa 1178
İnstitutun gənc əməkdaşları bitkilərdə xəstəlik törədən virusların monitorinqini keçirmişlər + Foto İyl 12, 2021 | 10:53 / Ezamiyyətlər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları biologiya üzrə fəlsəfə doktorları Nərgiz Sultanova, Səmra Mirzəyeva, kiçik elmi işçi Nərgiz Bayramova, 1-ci kurs magistr Aytac Quliyeva 31.05.2021-02.06.2021 tarixlərində Salyan rayonu Yenikənd, Seyidli, Marışlı kəndlərinə ezam olunmuşlar. Daha sonra, iyunun 9-da Səmra Mirzəyeva və Nərgiz Bayramova Abşeron rayonu, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu və Üzümçülük və Şərabçılıq ETİ, 16-19 iyun tarixlərində Göytəpə qəsəbəsi, Yeni Alvadi kəndinə, həmçinin Masallı Göyəçöl, Öncəqala, Ərkivan kəndlərinə və 5-10 iyul tarixlərində Şamaxı rayonu Mədrəsə qəsəbəsi, Meysəri, Məlhəm, Göylər kəndləri, həmçinin İsmayıllı rayonu Təzəkənd, Talıstan və İvanovka kəndlərinə təşkil olunmuş ekspedisiyalarda iştirak ediblər. Ekspedisiyaların məqsədi üzum bitkisində üzum yarpağının burulması xəstəliyini (Grapevine Leafroll Disease) törədən virusları, tomatda ümumi virusları və digər tərəvəz və bostan bitkilərində Potyvirusları aşkar etmək olmuşdur. Tomat bitkisində yarpaqların ayasının xırdalanması, nekroz və sarı ləkələr, həmçinin virusların transmissiyasında böyük rol oynayan ağqanadlı kəpənəklərlə örtülmüş yarpaqlardan nümunələr toplanmışdır. Bostan bitkilərində sarı mozaika, nekroz ləkələr, yarpaqların çürüməsi kimi hallar müşahidə edilmişdir. Üzüm bitkisində viral infeksiyalar zamanı yarpaqlarında al-əlvan mozayka, yarpaq ayasının kiçilməsi, tənəyin boyunun qısalması kimi hallar müşahidə edilib. Ekspedisiyalar zamanı tomat, xiyar, yemiş, qarpız kimi tərəvəz və bostan bitkilərinin, həmçinin üzüm bitkisinin virus patogenezi zamanı simptomatik olan əlamətlarə malik yarpaqlarından nümunələr toplanmışdır.