sa sa 1143
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı İslam İnkişaf Bankının təqaüdünə layiq görülüb Sen 03, 2021 | 15:53 / Mühüm hadisələr

 AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Gülmirə Əlibəyova İslam İnkişaf Bankının 2021-2022-ci akademik il üçün elan etdiyi Doktorantura və Postdok tədqiqat proqramı müsabiqəsinin qalibi olaraq təqaüdə layiq görülüb. Gülmirə Əlibəyova 2017-2019 illərdə institutun “Molekulyar biologiya” ixtisası üzrə magistrantı olmuş və təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2020-ci ildə eyniadlı ixtisas üzrə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun dissertanturasına daxil olmuşdur. Gənc tədqiqatçı hazırda “Ürək-damar və tənəffüs sistemlərinin patogenezində angiotenzin çevirən ferment geninin polimorfizminin tədqiqi” mövzusunda elmi tədqiqatlar aparır.