sa sa 1045
Pandemiya və vaksinasiya ilə əlaqədar iclas keçirilib + Foto Sen 03, 2021 | 16:46 / Konfranslar, iclaslar

Avqustun 3-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları və Həmkarlar Təşkilatının təşkilatçılığı ilə onlayn formatda ümumi iclası keçirilib. İclas Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara uyğun olaraq peyvənd sertifikatının əldə edilməsi və Əmək intizamına həsr olunub. İnstitutun Həmkarlar Təşkilatının sədri, b.e.d. Həsən Babayev Azərbaycanda indiyə kimi COVİD-19 xəstəliyinin qarşısının alınması üçün görülən işlərdən bəhs edib. O qeyd edib ki, 19 mart 2020-ci ildə ilk dəfə ölkəmizdə karantin elan olunub. Zəruri gigiyena qaydalarına əməl olunması, sosial məsafənin saxlanılması, insanların evdə qalması kimi tədbirlərin həyata keçirilməsinə baxmayaraq xəstəlik hələ də əhali arasında yayılmaqda davam edir. Bu səbəbdən yoluxmanın qarşısının alınması üçün ən təsirli vasitə vaksinasiyadır. H.Babayev bu prosesin son vaxtlar çox uğurla aparıldığını qeyd edib. Daha sonra çıxış edən AMEA-nın müxbir üzvü İbrahim Əzizov və b.e.d. Yaşar Feyziyev SARS-CoV-2 virusunun müxtəlif ştamlarının yaranaraq daha da təhlükəli oduğunu və bu səbəbdən də vaksinləşmənin zəruriliyini və peyvəndin insan orqanizmi üçün zərərli olması haqqında yayılan şaiyələrin heç bir elmi əsası olmadığını qeyd ediblər.