sa sa 1066
Bioadaptasiya laboratoriyasının əməkdaşları bitkilərdə virus xəstəliklərinin aşkarlanması üçün monitorinq keçiriblər + Foto Sen 14, 2021 | 09:19 / Ezamiyyətlər

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi b.ü.f.d., dos. Nərgiz Sultanova və həmin laboratoriyanın kiçik elmi işçisi Nərgiz Bayramova Şamaxı və Salyan rayonlarında elmi ezamiyyətdə olublar. Təşkil olunmuş ekspedisiyanın əsas məqsədi bu rayonlarda sahə və istixana şəraitində becərilən bəzi tərəvəz (bibər, badımcan, tomat və s.) bitkilərində və sahələrdə becərilən bostan bitkilərində (qarpız, yemiş, boranı və s.) yayılan virus xəstəliklərinin vaxtında aşkarlanması və diaqnostikası olmuşdur. Bu məqsədlə kontrol kimi yarpaqlarında xəstəlik əlaməti olmayan bitkilərdən və həmçinin virus patogenezi əlamətlərinə malik olan bitkilərdən nümunələr toplanmışdır.  Ezamiyyət sentyabrın 7-dən 10-na kimi davam edib.