sa sa 1082
"Fobioenergetik proseslər: iqlim-ətraf mühit dəyişmələri və mineral enerji resursları qıtlığı şəraitində bəşəriyyətin qida-enerji təminatı" mövzusunda elmi seminar keçirilib + Foto Sen 20, 2021 | 15:52 / Seminarlar

Sentyabrin 20-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilib. Seminarda Fotobioenergetika laboratoriyasının müdiri b.e.d. Yaşar Feyziyevin "Fobioenergetik proseslər: iqlim-ətraf mühit dəyişmələri və mineral enerji resursları qıtlığı şəraitində bəşəriyyətin qida-enerji təminatı" mövzusunda məruzəsi dinlənilib. Məruzəçi insanların qidasının bitki mənşəli məhsullardan asılı olduğunu və bitkilərin məhsuldarlığının genetik amillərlə yanaşı şoranlıq, quraqlıq, temperatur, işıq intensivliyi kimi ətraf mühit amilləri ilə tənzimləndiyini qeyd edib. Mineral yanacaqdan istifədə ekoloji problemlərlə - atmosferin və torpağın çirklənməsi, karbon qazının emissiyası və istixana effekti, iqlim dəyişmələri ilə müşahidə olunur. Bütün bunlar bəşəriyyətin enerji problemi ilə üzləşməsi təhlükəsini yaradır. Y. Feyziyev davamli inkişaf üçün iqlim, region və mövsümdən asili olmayan, sürətlə bərpa olunan, iqtisadi və ekoloji cəhətdən sərfəli enerjiyə olan tələbatdan, hidrogen alınması üçün istifadə edilən müxtəlif texnologiyalardan bəhs edib. Alimin çıxışı seminar iştirakçılarının böyük marağına səbəb olub və çıxış ətrafında geniş müzakirələr keçirilib.