sa sa 1181
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda doktoranturaya qəbul imtahanları keçirilib + Foto Sen 22, 2021 | 16:31 / İmtahanlar

21-22 sentyabr 2021-ci il tarixlərində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2021-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə “Molekulyar Biologiya”, «Biokimya» və “Biotexnologiya” ixtisaslarından doktoranturaya qəbul imtahanları keçirilib. Fəlsəfə doktoru hazırlığı üzrə ixtisas imtahanlarının keçirilməsi üçün institutda təşkil olunan müvafiq komissiyaların sədri institutun direktoru, akademik İradə Hüseynova, “Molekulyar Biologiya” ixtisası üzrə komissiyanın üzvləri – AMEA-nın müxbir üzvü İlham Şahmuradov, biologiya üzrə fəlsəfə doktorları, Ələmdər Məmmədov, Nurməmməd Mustafayev və institutun Təhsil şöbəsinin müdiri Samirə Rüstəmova, «Biokimya» ixtisası üzrə komissiyanın üzvləri — AMEA-nın müxbir üzvü Novruz Quliyev, biologiya elmləri doktorları, professor Səftər Süleymanov, Həsən Babayev və Samirə Rüstəmova, “Biotexnologiya” ixtisası üzrə komissiyanın üzvləri biologiya elmləri doktoru Yaşar Feyziyev, biologiya üzrə fəlsəfə doktorları Sədaqət Əsədova, Mahirə Məmmədova və Samirə Rüstəmovadır.  İmtahan komissiyası “Molekulyar Biologiya” ixtisası üzrə iddiaçı Lalə İbadullayevanın imtahan nəticəsini 98 balla “əla”, «Biokimya» ixtisası üzrə iddiaçı Zümrüd Yunusovanın imtahan nəticəsini 62 balla “yaxşı”, “Biotexnologiya” ixtisası üzrə iddiaçılar Aytac Mürşüdzadə və Çilənay Ələkbərovanın imtahan nəticələrini 72 balla “yaxşı” qiymətləndirib. AMEA Rəyasət Heyəti aparatı Təhsil şöbəsinin Doktorantura sektorunun müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Tubuxanım Qasımzadə və baş mütəxəssisi Sevinc Əliyeva imtahanlarda iştirak ediblər.