sa sa 5771
AMEA Biologiya və Tibb elmləri Bölməsinin institutlarında “Biologiya” ixtisası üzrə təhsil alan birinci kurs magistrantlara MBBİ-də mühazirələr keçilib + Foto Okt 04, 2021 | 20:05 / Dərslər

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda bu gün AMEA Biologiya və Tibb elmləri Bölməsinin institutlarında “Biologiya” ixtisası üzrə təhsil alan birinci kurs magistrantlarının Biologiyanın tarixi və metodologiyası Biologiyanın müasir problemləri ixtisaslaşma fənləri üzrə birgə mühazirələri keçilmişdir. Mühazirələrdə MBBİ-dən 10 magistrant (“Molekulyar biologiya” ixtisaslaşması üzrə 3 magistrant, “Biokimya” üzrə 3, “Biotexnologiya” üzrə 3), Genetik Ehtiyatlar İnstitutundan 6 magistrant (“Genetika” ixtisaslaşması üzrə 3, “İnsan genetikası” üzrə 3),  Mikrobiologiya İnstitutundan 3 magistrant (“Mikrobiologiya” ixtisaslaşması üzrə), Botanika İnstitutundan 3 magistrant (“Botanika” ixtisaslaşması üzrə) iştirak etmişdir. AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova dərslərin gedişatı ilə tanış olmuşdur. Qeyd etmək lazımdır ki, AMEA-nın magistraturasında ümumi ixtisas fənlərin birgə tədris olunması ilk dəfə olaraq həyata keçirilir.  Biologiyanın tarixi və metodologiyası kursu AMEA-nın müxbir üzvü, b.e.d., professor İbrahim Əzizov tərəfindən tədris olunacaqdır. Biologiyanın müasir problemləri fənninin isə BTEB-in müxtəlif institutlarından olan aparıcı alimlər tərəfindən tədris edilməsi nəzərdə tutulmuşdur.