sa sa 999
Azərbaycanlı alim: Koronavirusa qarşı kokteyl-peyvənd insanlar üzərində sınaqlar üçün hazırdır Okt 08, 2021 | 18:54 / Mühüm hadisələr

Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun rəhbərlik etdiyi komandanın 2 ilə yaxındır apardığı tədqiqatlar nəticəsində Nicotiana Benthamiana adlı tütün bitkisindən COVID-19 əleyhinə hazırlanan kokteyl-peyvənd insanlar üzərində sınaqlar üçün hazırdır.

Tərlan Məmmədov bildirib ki, tədqiqat çərçivəsində tütün bitkisində S1 zülalının, RBD və N zülalının ekspresiya edilərək immunogenliyi öyrənilib. Tədqiqatçılar qrupu ilk dəfə olaraq N antigenlərini tək və ya S1 va RBD domein antigenleri ilə birlikdə istehsal (sintez) edib. Əksər bitki mənşəli peyvənd istehsalçıları isə antigen olaraq RBD, S1 protein və S zülalını hədəf alırlar.

Alimin sözlərinə görə, 1 kq bitkidən 25 milliqrama qədər, başqa sözlə, 5 min insana kifayət edəcək qədər kokteyl peyvənd hazırlanması mümkündür.

T.Məmmədov qeyd edib ki, SARS-CoV-2-nin Spike proteinində az mutasiyalar getsə də, Nukleokapsid proteinin ardıcıllığı daha çox qorunub saxlanılır. Bu səbəbdən onların hər ikisinin qarışığından ibarət N+RBD kokteyl peyvəndinin hazırlanmasına qərar verilib.

Professor artıq heyvanlar üzərində tədqiqatların tamamlandığını, patent üçün müraciət olunduğunu və insanlar üzərində tədqiqatlara başlamaq üçün hazır olduqlarını vurğulayıb.

Aztibb.az