sa sa 976
Xloroplastların fotokimyası laboratoriyasının təcrübə sahəsində səpin başlanıb + Foto Okt 29, 2021 | 14:48 / Mühüm hadisələr

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Xloroplastların fotokimyası laboratoriyasının təcrübə sahəsində səpin başlanıb. AMEA-nın müxbir üzvü İbrahim Əzizovun rəhbərlik etdiyi laboratoriya duza davamlı, yüksək məhsuldarlığa malik buğda sortlarının əldə edilməsi, onların morfofizioloji və anatomik xüsusiyyətlərinin öyrənilməsi sahəsində tədqiqatlarını davam etdirir. İndiyə kimi aparılan tədqiqatlarda 21 bərk və yumşaq buğda genotiplərinin çarpazlaşdırılması nəticəsində 24 hibrid əldə edilib. Hal-hazırda istər valideyn formaların, istərsə də 4-cü nəsil hibrid formaların səpini aparılır. Aparılan tədqiqat işinin başlıca məqsədi normal və şoranlıq şəraitdə müxtəlif buğda sortlarının çarpazlaşdırılması ilə alınmış hibridlərin fotosintez və məhsuldarlıq göstəricilərinin qiymətləndirilməsidir.