sa sa 1067
“Eukariotlarda translyasiyanın alternativ inisiyasıyası" mövzusunda seminar keçirilib + Foto Noy 15, 2021 | 16:50 / Seminarlar

Noyabrın 15-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilib. Seminarda Bioinformatika laboratoriyasının böyük elmi işçisi Əminə  Abduləzimova “Eukariotlarda translyasiyanın alternativ inisiyasıyası" mövzusunda çıxış edib. Məruzəçi eukariotik orqanizmlərdə translyasiyanın alternativ inisiyasiyasının, cap-dən asılı və daxili inisiyasıyanın (İRES), geriyə splaysinqin mexanizmləri, bunun hesabına yaranan həlqəvi mRNT-lər (circRNA) haqqında ədəbiyyatda olan yeni məlumatların icmalını verib. Circ mRNT müasir  molekulyar biologiyada fiziolji proseslerin tənzimlənməsində, mutasiya ilə müşaiyət olunan bir çox xəstəliklərin, o cümlədən xərçəng xəstəliyinin öyrənilməsində və şiş hüceyrələrinin identifikasiyası üçün aktualdır. Bu mRNT-lər hüceyrə, toxuma və orqana görə spesifikdirlər. Ə. Abduləzimova qeyd edib ki, circ RNT-lərin funksional rolları, formalaşması haqqında olan müasir tədqiqatlar məhduddur və bu sahədə bir çox suallar açıq olaraq qalır.