sa sa 999
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib + Foto Noy 17, 2021 | 14:04 / Konfranslar, iclaslar

Noyabrın 17-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. Hibrid formada keçirilən iclasda institutun Fotobioenergetika və Molekulyar Biotexnologiya laboratoriyalarının, Həmkarlar təşkilatının illik hesabatları dinlənilib. Fotobioenergetika laboratoriyasının müdiri b.e.d. Yaşar Feyziyev “Fotosintezin molekulyar mexanizmlərinin tədqiqi, tənzimlənməsi və modelləşdirilməsi”, Molekulyar Biotexnologiya beynəlxalq laboratoriyasının böyük elmi işçisi Aytən Agayeva “Hüceyrə və molekulyar biotexnologiyalar yolu ilə kənd təsərrüfatı, insan sağlamlığı, sənaye, təbii ekosistemlərin qorunması və səmərəli istifadəsi problemlərinin həlli yollarının araşdırılması” mövzuları üzrə cari ildə yerinə yetirilən elmi tədqiqat işləri və əldə olunan nəticələr, beynəlxalq əlaqələr, nəşr olunmuş məqalələr, kadr hazırlığı, konfranslarda və seminarlarda çıxışlar barədə şura üzvlərinə ətraflı hesabat veriblər. Məruzələr ətrafında geniş müzakirələr aparılıb, yaranan suallar cavablandırılıb. İnstitutun Həmkarlar təşkilatının sədri b.e.d. Həsən Babayev il ərzində institutda sosial sferada görülən işlər haqqında Elmi şura üzvlərinə məlumat verib.

Sonda hesabatların yekdilliklə qəbul olunması barədə qərar qəbul edilib.