sa sa 1163
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş onlayn tədbir keçirilib + Foto Dek 12, 2021 | 16:42 / Tədbirlər

12 dekabr 2021-ci il tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş onlayn tədbir keçirilib.

Öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan institutun baş direktoru akademik İradə Hüseynova müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 18 il keçdiyini xatırladaraq, qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini bildirib. Akademik İradə Hüseynova əlavə edib ki, Ümummilli Lider öz əməli fəaliyyəti ilə nəinki Azərbaycan, eləcə də insanlıq, bəşəriyyət üçün dəyərli bir tarix yaratmışdır.

Tədbirdə AMEA YAP Ərazi Təşkilatının sədri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Ulduzə Qurbanova Ulu öndərin adının Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrildiyini qeyd edib. Ulu öndər Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən bir rəhbər olmasını bildirib.

 İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərgiz Bayramova Heydər Əliyevin Azərbaycan, o cümlədən elmin inkişafı üçün gördüyü tarixi işlərdən və xalqın Ulu Öndərə olan sevgisindən danışıb.

Tədbirdə eyni zamanda Molekulyar Biologiya və Biotexnologiyalar institutunun Gənc Alim və Mütəxəssislər Şurasının digər əməkdaşları da çıxış ediblər.

Tədbirin sonunda Ulu Öndərin xatirəsinə həsr olunan film nümayiş etdirilib.