sa sa 1283
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür Dek 30, 2021 | 10:01 / Mühüm hadisələr

Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edir. Dünya azərbaycanlılarının həmrəyliyi Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi. "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - müdrik rəhbərin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir. Prezident İlham Əliyev yorulmaz fəaliyyəti ilə Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin bu sahədəki xidmətlərini də uğurla davam etdirir.

Bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır.  Diasporumuzun təşkilatlanması prosesi bu gün daha sürətlə gedir. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində qətiyyət nümayiş etdirirlər. 44 günlük Vətən müharibəsi dövründə xaricdəki soydaşlarımız siyasi baxışından, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq, milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə və ordumuza dəstək göstərdi. Onlar orduya, yaralı əsgərlərə, şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaşayan, müharibədən zərər çəkən dinc sakinlərə maddi, humanitar yardımlar göndərməklə yanaşı, haqq səsimizin dünyaya çatdırılmasında da böyük mütəşəkillik və fədakarlıq nümayiş etdirdi. Milli birliyimiz cəbhədə Azərbaycanın böyük qələbəsi ilə nəticələndi. Böyük qələbənin qazanılmasında Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək!