sa sa 1103
“Sitoxrom c oksidaza” mövzusunda elmi seminar keçirilib + Foto Yan 17, 2022 | 10:16 / Seminarlar

17 yanvar 2022-ci il tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitunun növbəti elmi seminarında Fotobioenergetika laboratoriyasının kiçik elmi işçisi P.E.Səfərovanın tənəffüs zəncirinin əsas komponentlərindən biri olan kompleks IV-ə həsr olunmuş “Sitoxrom c oksidaza” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi Sitoxrom c oksidazanın molekulyar təşkili, kristalloqrafik quruluşu, funksiyası və reaksiyaların mexanizmləri barədə müasir məlumatları dinləyicilərə çatdrımışdır. Məruzənin bir hissəsi sitoxrom c oksidazadakı qüsurlar nəticəsində orqanizmdə baş verən patologiyalara həsr olunmuşdu. Çıxış böyük maraqla dinlənildi və müzakirələrdə məruzəçi ona ünvanlanan çoxsaylı sualları cavablandırdı.