sa sa 1076
MBBİ əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər + Foto Yan 19, 2022 | 16:02 / Mühüm hadisələr

Tarixin həm kədər, həm də qürur  səhifəsi olan 20 Yanvar faciəsindən 32 il ötür. Xalqımızın mərd oğul və qızları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə  qanları ilə Azərbaycanın yeni tarixi yazdılar. 

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Veteranlar Şurasının sədri AMEA-nın müxbir üzvü, İbrahim Əzizov, Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri, həmçinin bir qrup əməkdaşları 20 Yanvar Ümumxalq Hüzn Gününün 32-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər. Faciə nəticəsində həlak olmuş şəhidlər yad edilmiş, məzarlarına qərənfillər düzülmüşdür.

Azərbaycan xalqının əzm və iradəsinin sübutu olmuş 20 Yanvar hadisəsi yaddaşlardan heç zaman silinməyəcək, şəhidlərimiz hər zaman qürür və hörmətlə anılacaqdır. Allah şəhidlərimizə rəhmət eləsin!!!