sa sa 1176
AMEA-nın əməkdaşı elm sahəsi üzrə “Gənclər üçün Prezident Mükafatı”na layiq görülüb Fev 02, 2022 | 14:20 / Mühüm hadisələr

Ölkə Prezidenti İlham Əliyevin “2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” 1 fevral 2022-ci il tarixli Sərəncamı ilə elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslər Gənclər üçün Prezident mükafatları ilə təltif olunublar.

Elm sahəsi üzrə bu mükafata AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) kiçik elmi işçisi Lalə Axundova layiq görülüb.

Qeyd edək ki, MBBİ-nin gənc mütəxəssislərindən olan Lalə Axundova 2014-cü ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsini “Genetika” ixtisası üzrə bitirib. O, 2015-ci ildə Hollandiyanın Wageningen Universitetinin “Tibbi biologiya” ixtisası üzrə magistr proqramına, 2018-ci ildə isə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktoranturasına qəbul olunub. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmi İnkişafi Fondunun elan etdiyi Gənc alim və tədqiqatçıların 5-ci qrant müsabiqəsinə təqdim olunan ʺXərçəng kök hüceyrələrinin mədəaltı vəzi xərçəngində rolunun araşdırılması və yeni müalicə üsulunun işlənməsi ̏ adlı qrant layihəsində icraçı kimi iştirak edir. 2021-ci ildə Molekular Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasının 5 illiyi münasibətilə 30 yaşa kimi gənc alim və mütəxəssislər arasında keçirilən müsabiqədə I yerə layiq görülüb.

science.gov.az