sa sa 835
Türkiyəli mütəxəssislər MBBİ-nin qonağı olub + Foto Fev 16, 2022 | 09:27 / Görüşlər

Fevralın 15-də Isparta Tətbiqi Elmlər Universitetindən Prof.Dr. Mustafa Avcı, Meşə zərərvericiləri ilə mübarizə Dairə müdiri Şaban Bıyıklı və Meşə zərərvericiləri ilə mübarizə şöbəsinin müdiri Akın Emin AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar. İnstitutun baş direktoru akademik İradə Hüseynova qonaqları qəbul edərək institutun yaranma tarixi, onun yaradıcısı akademik Cəlal Əliyev, burada aparılan tədqiqatlar, o cümlədən bitki xəstəlikləri ilə bağlı görülən işlər barədə məlumat verib. Sonra akademik qonaqları laboratoriyalarla tanış edib. Görüşdə elmi əməkdaşlıq üçün geniş imkanlardan danışılıb, gələcək perspektivlər müzakirə edilib.