sa sa 1626
İnstitutun elmi işçisi Almaniyanın Bonn Universitetində elmi ezamiyyətdə olmuşdur + Foto Fev 22, 2022 | 10:54 / Ezamiyyətlər

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının elmi işçisi Turanə İsgəndərova 02.02.2022-12.02.2022 tarixlərində Almaniyanın Bonn Universitetinin Bitkiçilik Elmi və Resurslarının Mühafizəsi İnstitutunda (INRES) Bitki Genetikası və Biotexnologiyası Departamentində elmi ezamiyyətdə olub. T. İsgəndərova ezamiyyət müddətində “Buğdada quraqlığa davamlılığa cavabdeh açar genlərin ekspressiyası ilə metabolom arasında qarşılıqlı əlaqənin müəyyən edilməsi əsasında stresə davamlılıq mexanizminin konseptual modelinin işlənib hazırlanması” mövzusunda tədqiqat işi aparıb. Təcrübələrdə Azərbaycandan aparılan quraqlığa davamlı və həssas 6 buğda genotipi istifadə olunub. Tədqiqatlar zamanı quraqlığa davamlı və həssas buğda genotiplərində D genomu səviyyəsində DREB geni yeni dizayn olunan primerlerlə sekvens olunaraq analiz edilib.