sa sa 1034
İnstitutun doktorantı Günay Zəkiyeva Türkiyədə elmi ezamiyyətdə olub + Foto Fev 23, 2022 | 15:43 / Ezamiyyətlər

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Molekulyar Biomühəndislik beynəlxalq laboratoriyasının doktorantı Günay Zəkiyeva 09.01.2022 – 10.02.2022 tarixlərində Türkiyədə elmi ezamiyyətdə olub. Onun Akdeniz Universitetinin Ziraat Bolümünün Biotexnologiya laboratoriyasında, “Fosfoglikolat fosfotaza fermentinin Chlamydomonas reinhardtii yaşıl yosunundan ayrılması, ekspressiyası və xarakteristikasının verilməsi” mövzusunda apardığı tədqiqatlara Akdeniz universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov rəhbərlik edib. Tədqiqatlar zamanı Fosfoglikolat fosfotaza fermentinin üç izogeninin (fgf1, fgf2, fgf3) C.reinharditii yaşıl yosunundan ayrılması, klonlaşdırılması və gen ekspressiya analizləri həyata keçirilib. Genlərin ekspressiya səviyyəsi RT-PCR metodu ilə öyrənilib.