sa sa 1127
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı Türkiyədə elmi ezamiyyətdə olub + Foto Fev 28, 2022 | 15:24 / Ezamiyyətlər

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Molekulyar Biomühəndislik beynəlxalq laboratoriyasının kiçik elmi işçisi, “Biotexnologiya” ixtisası üzrə II kurs dissertantı Aysu-Şövkət Həsənova 02.10.2021-25.12.2021 tarixlərində Türkiyədə elmi ezamiyyətdə olub. O, “İnduksiya edilən sistemlərdən istifadə etməklə Endo H deqlikozilləşmə fermentini ekspressiya edən stabil Nicotiana benthamiana transgen bitkisinin yaradılması” mövzusunda tədqiqatlarını Akdeniz Universitetinin Ziraat Bolümünün Biotexnologiya laboratoriyasında, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun rəhbərliyi altında aparıb. Ezamiyyət müddətində A.Həsənova eyni zamanda rekombinant proteinlərin sintezi və təmizlənməsi üçün Nicotiana Benthamiana bitkisinə Agro infiltrasiya, Western Blot ilə ekspressiya analizi, Ni-NTA Affin xromotoqrafiyası, SDS-PAGE ilə rekombinant protein analizi, immunosorbent test analizi kimi mühüm tədqiqat metodlarını mənimsəyib.