sa sa 937
1 Mart - Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə tədbir keçirilib + Foto Mart 01, 2022 | 16:31 / Tədbirlər

1 Mart - Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) “Təbii fəlakətlər və böhranlar zamanı köçkün əhalinin mülki müdafiəsi və idarə edilməsi: Könüllülərin rolu və pandemiya ilə mübarizə” mövzusunda tədbir keçirilib. MBBİ-nin icraçı direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov tədbirdə çıxış edərək Ümumdünya Mülki Müdafiə Gününün təsis edilməsi və bu sahədə həyata keçirilən tədbirlər haqqında məlumat verib. O qeyd edib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı 1972 – ci ildən hökumətlərarası təşkilat kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası 1993 – cü ildə bu nüfuzlu təşkilatın üzvlüyünə qəbul edilib. Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 1990-cı ildə keçirilən doqquzuncu sessiyasında 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü təsis edilmişdir. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsinin təşkili və fövqəladə hallarda əhalinin hazırlığının təmin edilməsi mülki müdafiə orqanları qarşısında duran əsas vəzifədir. Fövqəladə vəziyyət hər an və heç gözləmədiyimiz zaman baş verə bilər. Buna görə də hazırlıqlı olmaq və belə hal baş verərsə, nə edəcəyini bilmək çox vacibdir. Tədbirdə həmçinin fövqəladə hallar zamanı insanların həyatını qorumaq üçün əvvəlcədən tədbirlər planı hazırlanmasının zəruri olduğu qeyd edilib.