sa sa 977
8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirilib + Foto Mart 05, 2022 | 14:00 / Tədbirlər

Bu gün AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda  8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirilib.  Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova institutun fəaliyyətində qadın əməkdaşların böyük rola malik olduğunu vurğulayaraq, digər sahələrdə olduğu kimi elmdə də xanımların qazandıqları uğurlardan bəhs edib. İ. Hüseynova  qeyd edib ki, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşlarının əksəriyyətini qadınlar təşkil edir.  Alim xanımlarımız müasir biologiya sahəsində elmi fəaliyyətləri, tədqiqatları ilə böyük uğurlar qazanaraq  həm Azərbaycanda, həm də xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərdə, beynəlxalq elmi konfrans və seminarlarda fəal iştirak edir, Azərbaycan elmini dünyaya tanıdırlar. Akademik qadınlarıa şəxsi həyat və karyeralarında müvəffəqiyyət arzulayaraq, əziz gün münasibətilə onları səmimi qəlbdən təbrik edib. AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev, İnstitutun icraçı direktoru Ələmdar Məmmədov və başqaları qadınları təbrik edərək onlara ən xoş arzularını bildiriblər.