sa sa 1030
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçiirilib + Foto Mart 10, 2022 | 10:00 / Seminarlar

Martın 10-da AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçiirilib. Seminarda Bioadaptasiya laboratoriyasının böyük elmi işçisi b.ü.f.d. Səmra Mirzəyevanın “Bitki-patogen fenomenoloji əlaqələri: Patogenlərin təsirindən bitkidə fitoimmunitetin aktivləşməsi, davamlılığın formaları, antiviral reseptorlar “mövzusunda məruzəsi dinlənilib.  Mövzu molekulyar biologiya və bitki fitopatologiyası ilə bağlı ən yeni tədqiqatları əhatə edib. Təqdimat zamanı, sahib bitki-patogen qarşılıqlı əlaqələrinin fenomenologiyası, biotik faktorların, xüsusilə də patogenlərin təsirindən bitkilərdə avtoimmun sisteminin işə düşməsi, patogenin təsirindən aktivləşən siqnal transduksiya yolları, antiviral reseptorlar və onların iş prinsipləri, həmçinin, davamlılığın mexanizmləri və bununla bağlı mövcud olan müxtəlif hipotezlər haqqında ətraflı məlumat verilib. Məruzə auditoriya tərəfindən böyük maraqla qarşılanıb.