sa sa 831
İranlı alimlər Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunu ziyarət ediblər + Foto Mart 19, 2022 | 20:00 / Görüşlər

Təbriz Tibb Elmləri Universitetinin professorları Südabə Davaran və Əziz İftixari AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) baş tutmuş elmi seminardan sonra bu təşkilatla yaxından tanış olublar.

İranlı alimlərə institutun yaranma tarixi, elmi potensialı, maddi-texniki bazası, tədqiqat istiqamətləri, ötən illər ərzində alınmış mühüm nəticələr haqqında məlumat verilib.

Qonaqlar görkəmli alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin institutda yerləşən kitabxanasında olublar. İnstitutun əməkdaşları akademik Cəlal Əliyevin biologiya elminin inkişafına verdiyi töhfələrdən, kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsində, fotosintez və fototənəffüs proseslərinin kompleks şəkildə tədqiq edilməsində göstərdiyi xidmətlərdən bəhs ediblər.

Həmçinin Təbriz Tibb Elmləri Universitetinin professorları MBBİ-nin biologiya elminin ən müasir istiqamətləri üzrə tədqiqatların aparıldığı laboratoriyaları ilə də tanış olublar.