sa sa 946
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı beynəlxalq vebinarda çıxış edib + Foto Mart 29, 2022 | 22:00 / Konfranslar, iclaslar

8 mart 2022-ci il tarixində Beynəlxalq Elm Proqramının təşkilatçılığı və Dəkkə Universitetinin Kimya Departamentinin BAN:04 Tədqiqat Qrupununu dəstəyi ilə Beynəlxalq Qadınlar Gününə həsr olunan vebinar keçirilib. Onlayn formatda keçirilən vebinarın mövzusu “Dayanıqlı sabah üçün bu gün gender bərabərliyi” olub. Tədbirdə Azərbaycan, İsveç, Banqladeş və digər ölkələrin tanınmış alimləri ilə yanaşı gənc tədqiqatçılar da iştirak ediblər. Vebinarda çıxış edən AMEA Molekulyar  Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının elmi işçisi Turanə İsgəndərova qeyd edib ki, qadınlar  tarixin bütün dönəmlərində azad düşüncəli və nikbin ruhlu olmuş, cəmiyyətin inkişafına önəmli töhfələr vermişlər.  Elmin zirvələrinə özünün gərgin əməyi, fitri istedadı ilə ucalan qadınların elm tarixində xüsusi yeri olub. T. İsgəndərova qadın alimlərin bütün bilik və bacarıqlarını elmin inkişafı yolunda yorulmadan sərf edəcəklərinə, gənc qızlarımızın, xanımlarımızın elmin və təhsilin inkişafında əzmlə iştirak edəcəklərinə inamını ifadə edib.