AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı İslam İnkişaf Bankının Postdok tədqiqat proqramı müsabiqəsinin qalibi olub
Mart 30, 2022 | 15:23 / Mühüm hadisələr
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səmra Mirzəyevanın “Biotik və abiotik streslərə qarşı tomat bitkisinin (Solanum lycopersicum L.) davamlılığının molekulyar-genetik mexanizmləri” layihəsi İslam İnkişaf Bankının (İSDF) 2021-2022-ci akademik il üçün elan etdiyi Postdok tədqiqat proqramı müsabiqəsinin qalibi olub. Gənc alim xarici ölkədə öz tədqiqatlarını apara bilməsi üçün təqaüdə layiq görülüb.