sa sa 5836
MBBİ-də magistrantların elmi-pedaqoji təcrübəsi uğurla həyata keçirilir + Foto Apr 04, 2022 | 16:48 / Dərslər

Magistrantların elmi-pedaqoji təcrübəsi professional magistr hazırlığı proqramının mühüm hissəsidir  və elmi pedqoji kadr hazırlığında vacib məqamdır. AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun II kurs magistrantları institutda tədris olunan fənlər üzrə mühazirə və seminar dərslərində təcrübəli müəllimləri müşahidə edib öyrənərək passiv elmi-pedaqoji təcrübə keçdilər. Artıq onlar sərbəst olaraq aktiv elmi-pedaqoji təcrübəyə başlayıblar. Bu gün “Molekulyar biologiya” ixtisası üzrə təhsil alan II kurs magistrantı Matxanım Abdullayeva “Genetik məlumatın ekspressiyasının tənzimlənmə mexanizmləri”, Aytac Quliyeva isə “Bioloji makromolekulların daşınmasının molekulyar mexanizmləri” ixtisas kursları üzrə üzrə mühazirə dərslərini aparıblar. Elmi-pedaqoji təcrübə rəhbəri professor Səftər Süleymanov və fənn müəllimləri tərəfindən dərslər müzakirə edilib və yekun qiymətləndirilib.