sa sa 938
MBBİ-nin əməkdaşları Əkinçilik ET İnstitutunun Qobustan BTS-də elmi ezamiyyətdə olublar. + Foto Apr 08, 2022 | 14:33 / Ezamiyyətlər

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Samirə Rüstəmova, elmi işçilər Turanə İsgəndərova  və Səidə Zülfüqarova,  Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Ulduzə Qurbanova Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) elmi ezamiyyətdə olublar. Ezamiyyənin əsas məqsədi elmi-tədqiqat işləri üçün əkilmiş buğda genotiplərində ilkin fenoloji müşahidələrin aparılması olmuşdur. Mart ayı ərzində hava şəraitinin qeyri-stabil keçməsi, son günlərdə əsən güclü küləklər kollanma fazasında olan buğdalara stress təsir göstərmişdir. Qeyd olunmalıdır ki, ümumilikdə 67 yerli, 41 Rusiya mənşəli, 9 Türkiyə mənşəli, 18 Avropa mənşəli genotip və AMEA Genetik Ehtiyatlar İnstitutunun Genbankından əldə edilmiş 65 ədəd növmüxtəlifliyinə aid toxum əkilmişdir.