sa sa 937
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib + Foto May 05, 2022 | 16:48 / Konfranslar, iclaslar

 Mayın 5-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik İradə Hüseynova Elmi şuranın üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. İclasda İnstitutun Molekulyar biotexnologiya beynəlxalq laboratoriyasının böyük elmi işçisi Aytən Qabil qızı Ağayevanın 2415.01 – “Molekulyar biologiya” ixtisasında biologiya ürzə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanın neftlə çirklənmiş torpaqlarının yeni antibakterial birləşmələrin aşkarlanması üçün tədqiqi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsinin keçirilməsi məsələsinə baxılıb. 2022-ci təhsil ilində institutun doktoranturasına sənəd vermiş namizədlər haqqında məsələ, AR Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən təhsil müəssisələrinin VII və X sinifləri üçün “Biologiya ” fənni üzrə dərslik komplektinin layihəsi, AMEA-da ödənişli əsaslarla fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə illik təhsil haqqının məbləği ilə bağlı məsələyə yenidən baxılması zərurəti haqqında məsələ müzakirə olunub. Gündəlikdə duran növbəti məsələ institutda fəlsəfə doktoru hazırlığı üzrə dtəhsil alan oktorantların və dissertantların attestasiyası ilə bağlı olub. Doktorantlar şura üzvləri qarşısında 2021-ci ildə gördükləri işlər barəsində hesabat verib və şura üzvlərinin suallarını cavablandırıblar. Doktorantların gördükləri işlər qənaətbəxş hesab edilib və onlar attestasiyadan keçmiş hesab olunublar.