sa sa 893
Proteomiks beynəlxalq laboratoriyasının əməkdaşları Hacettepe Universitetində keçirilən seminar-treninqdə iştirak ediblər + Foto May 25, 2022 | 16:40 / Ezamiyyətlər

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks beynəlxalq laboratoriyasının müdiri b.ü.f.d. İsmayıl Zülfüqarov və elmi işçi Aynurə Paşayeva 16.05.2022-20.05.2022-ci il tarixlərində Hacettepe Universitetinin Bioetik Təlim və Təqdiqat Mərkəzində keçirilən seminar-treninqdə iştirak ediblər. Bioetika Təlim və Tədqiqat Mərkəzinin rəhbəri, professor Nüket Örnek Büken, dosent Müge Demir, dosent Önder İlgili və mərkəzin bu istiqamət üzrə digər aparıcı mütəxəssisləri ilə keçirilən görüşdə ətraflı fikir mübadiləsi aparılıb. Treninq zamanı insanlar və heyvanlar üzərində eksperimentləri, həkim və pasientin qarşılıqlı münasibətlərini, süni intellekt, tibbi genetika kimi sahələri əhatə edən tədqiqatlarda biotibbi hüququn qorunması baxımından bioetika protokollarına və konvensiyalarına riayət edilməsi, düzgün tərtib edilməsinin əhəmiyyəti qeyd edilib. İnstitutun əməkdaşları Bioetika sahəsini əhatə edən mövzularda bir neçə məruzə dinləyib, dəyirmi masa arxasında müzakirələr aparıblar. Eyni zamanda Bioetika sahəsini daha da dərindən mənimsəmək, inkişaf etdirmək və bu istiqamətdə kadr hazırlığını həyata keçirmək məqsədi ilə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun bir neçə əməkdaşının Hacettepe Universitetinin HÜBAM mərkəzinə uzunmüddətli təlim kurslarına göndərilməsi, habelə konfransların keçirilməsi və onlayn seminarlarda iştirak edilməsi barəsində də razılıq əldə edilib. Səfər çərçivəsində institutun əməkdaşları Hacettepe Universitetinin tibbi-genetika laboratoriyasının müdiri Prof. Dr. Nurten Ayşe Akarsu, Metabolizma laboratoriyasının müdiri dosent Basri Gülbakan, Biologiya departamenti və həmçinin Hacettepe Üniversitesi İleri Teknolojiler Uygulama ve Araştırma mərkəzləri və adı çəkilən şöbələrin aparıcı mütəxəssisləri ilə yaxından tanış olmuş və gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etmişlər.