sa sa 1674
İnstitutun elmi işçisi Rəfiqə Məsməliyevanın Kembricdəki elmi ezamiyyəti haqqında hesabat məruzəsi dinlənilmişdir. + Foto Yan 09, 2019 | 16:16 / Seminarlar

Bu gün Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2019-cu ilin elmi seminarlarına start verilmişdir. İlin ilk seminarında "Hesablama struktur biologiyası" laboratoriyasının elmi işçisi Rəfiqə Məsməliyevanın Kembric şəhərinin Tibbi araşdırmalar mərkəzinin Molekulyar biologiya İnstitutunda apardığı tədqiqat işi haqqında məruzə etmişdir. Seminarda Zülal quruluşlarının yoxlanılmasının tarixi icmalı, makromolekulyar quruluşların validasiya kriteriyalar, mövcud yoxlama proqramları - PROCHECK, Coot, MolProbity proqram təminatları haqqında məlumat verilmişdir. Eləcə də seminarda Zülal Verilənlər Bazasına hər quruluş üçün yerləşdirilən yoxlama hesabatına daxil olan statistika müzakirə olunmuşdur. Məruzəçinin dissertasiya işinin mövzusu yeni yoxlama metodunun hazırlanmasından ibarətdir. Məruzəçi Hesablama struktur biologiyası laboratoriyasının zülal quruluşlarının yoxlanılması üçün yeni metodun hazırlanması istiqamətində aldıqları nəticələrdən və gələcək prespektivlərdən danışmışdır.  Görülən tədqiqat işi böyük maraqla qarşılanmış və məruzəçi verilən sualları əhatəli cavablandırmışdır.