sa sa 812
MBBİ-nin əməkdaşları Tərtər rayonunda elmi ezamiyyətdə olublar + Foto İyn 28, 2022 | 19:00 / Ezamiyyətlər

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar  İnstitutunun “Xloroplastların fotokimyası” laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor İbrahim Əzizov, böyük elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Xanışova Mayaxanım və elmi işçi Tağıyeva Könül 24 iyun 2022-ci il tarixində Genetik Ehtiyatlar İnstitutunun Tərtər-Şıxarx Təcrübə Bazasında elmi ezamiyyətdə olublar.  Ezamiyyə zamanı Şıxarx Təcrübə Bazasında əkilmiş  buğda sortlarının və  hibridlərinin  məhsuldarlığı qiymətləndirilmiş,  həm valideyn, həm də   F4 nəsil hibrid formalardan  sünbülün  struktur elementlərini  analız  etmək üçün nümunələr götürülmüşdür.  Həmçinin Botanika İnstitutunun Kürdəmir təcrübə sahəsində  şoran torpaqlarda əkilmiş buğda sortları və hibridlərinin sünbülləri analiz üçün  toplanmışdır.