sa sa 4260
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar  İnstitutunun elmi işçisi elmi seminarda çıxış edib + Foto İyn 29, 2022 | 14:47 / Seminarlar

İyunun 29-da AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda ED 1.25 Dissertasiya şurasının nəzdində fəaliyyət göstərən 2406.02– “Biokimya” ixtisası üzrə Elmi seminarda “Hüceyrənin membran sistemləri” laboratoriyasının elmi işçisi Nahidə Əliyevanın “Qarğıdalı bitkisinin (Zea mays L.) mezofil və örtüktopa xloroplastlarının normal və duz stresi şəraitində biokimyəvi və ultrastruktur xüsusiyyətləri” mövzusunda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilib.  İşin elmi rəhbəri biologiya elmləri doktoru, professor Səftər Süleymanovdur. İddiaçı dissertasiyanın mahiyyətini və əsas müddəalarını şərh etdikdən sonra mövzu ətrafında müzakirələr aparılıb. Şura üzvləri iddiaçıya öz irad və təkliflərini bildiriblər. Gizli səsvermənin nəticələrinə əsasən Elmi seminar Nahidə Əliyevanın dissertasiya işinin əsas müdafiəyə buraxılması haqqında qərar qəbul edib.