sa sa 750
Beynəlxalq elmi əməkdaşlıq olmadan düzgün strategiya qəbul etmək mümkün deyil İyl 08, 2022 | 15:00 / Nəşrlər

Bakıda 1-4 iyul tarixlərində Dendrologiya İnstitutunun ev sahibliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Təhsil və Elmi araşdırmalar Cəmiyyətinin (İSRES) təşkilatçılığı ilə “Tibb, sağlamlıq və həyat elmləri” mövzusunda IV beynəlxalq elmi-praktiki konfrans keçirilib. AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin rəhbəri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova qeyd edir ki, son illər ölkəmizdə tibb elmləri və səhiyyə sistemi ilə yanaşı digər həyat elmləri də əhəmiyyətli dərəcədə inkişaf edib və mühüm elmi nəticələr əldə olunub. Biologiya və Tibb Elmləri Bölməsinin elmi istiqamətləri zamanın qlobal çağırışlarına və dünya tendensiyalarına cavab verir. Bu da alimlərin qarşısında elmi əməkdaşlığın möhkəmlənməsi tələblərini qoyur. Belə bir əməkdaşlıq olmadan düzgün, ümumi strategiya qəbul etmək mümkün deyil. Bakıda bu qədər ciddi bir elmi tədbirin keçirilməsində təşkilatçıların məqsədi müxtəlif ölkələrdən alimləri, tələbələri və tədqiqatçıları bir araya gətirərək tibbin, səhiyyənin, həyat elmləri, texnika və texnologiyalar, təhsil və sosial elmlər, biologiya, kənd təsərrüfatı, baytarlıq və digər sahələrdə nəzəri və praktiki məsələləri müzakirə etmək olub.   

br.az